30 Oktyabr

Mərkəzi Bankın depozitlərinə tələb artdı - HƏRRAC

Bu gün aprelin 3-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az xəbər verir ki, hərracda tələb 149,2 milyon manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil edib.

Xatırladaq ki, bu gün ki, depozit hərracında Mərkəzi bank 100 milyon manat yığmağı planlaşdırmışdı.