30 Oktyabr

"Atabank" valyuta alışına limit tətbiq edir

Azərbaycanın kommersiya banklarından biri olan "Atabank" valyuta alış-satışına limitlər tətbiq etməyə başlayıb. Fins.az xəbər verir ki, bir neçə müddət bankda valyuta mübadiləsi kassanın cari durumuna əsasən aparılırdı.
Kassada vəsaitin olub-olmaması bir neçə əməliyyatlardan asılı idi. Yəni, müştəri müraciət etməmişdən öncə bank dollar alırdısa, həmin vəsaitə uyğun mübadilələr həyata keçirilirdi.
Bu gün isə "Atabank" dolların alış-satışına limit müəyyən edib. Beləliklə, indi "Atabank"dan 400 dollara qədər valyuta almaq olar. Valyuta satışında isə limit 250 dollardır.
Avronun satışına qoyulan limit isə 150 avro təşkil edir.