30 Oktyabr

Neft Fondu hərraca çıxardığı dolların məbləğini azaltdı - MƏBLƏĞLƏR

Dövlət Neft Fondu (DNF) mart ayında valyuta hərraclarında satdığı vəsaitin həcmi azalıb. Fonddan Fins.az-a verilən məlumata görə, ötən ay hərraclarda 250 milyon ABŞ dolları satılıb.

Xatırladaq ki, DNF bu ilin yanvarında keçirilən hərraclarda 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində Fondun hərraclara çıxardığı vəsaitin ümumi həcmi 793,4 milyon dollar təşkil edib.