30 Oktyabr

Mərkəzi Bank daha 50 milyon manat yığmağı hədəflədi – HƏRRAC

Aprelin 5-də Bakı Fond Birjasında Mərkəzi Bankın (MB) 50 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

50100556S

Hərraca çıxarılan həcm

50 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün

Ödəmə tarixi

3 may 2017-ci i

MB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.