30 Oktyabr

Manat qıtlığı hərraca təsir etdi – DOLLAR SATILMADI

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın keçirdiyi valyuta hərracına 35 milyon dollar çıxarılıb. Fins.az-ın əldə etdiyi məlumata görə, həmin vəsaitin yarıdan çoxu satılmayıb.
Hərracda banklar cəmi 15 milyon 600 min dollar alıb. Qalan 19 milyon 400 min dollar satılmamış qalıb. Mənbənin dediyinə görə, məhz bu səbəbdən bu gün hərracın nəticəsində dollar ucuzlaşdı.
Qeyd edək ki, Mərkəzi Bankın manat üzrə məcburi ehtiyatlara tələbi yüksəltməsi və depozit hərraclarında aktivliyin artması manatın sterilizasiyasını gücləndirib. Təsadüfi deyil ki, Mərkəzi Bank manatla olan notlarını da tam sata bilmir. Buna görə də valyuta hərracına çıxarılan dollar kütləsinin tam satılmamasını şərtləndirən amillərdən biri də odur ki, banklar dollar almağa manat tapmırlar.