Bank VTB (Azərbaycan)-ın idarə heyətinə yeni sədr təyin olunub. Fins.az xəbər verir ki, Yevgeni Kirin bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni sədri olub.
Yevgeni Kirin 15 ildən artıqdır ki, bank sahəsində çalışır. Bu dövr ərzində o, müxtəlif maliyyə təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 2010-cu ildən VTB qrupdadır. Azərbaycana təyinatından öncə bank VTB-nin Kursk şöbəsinə rəhbərlik edib.
O, 1979-cu ildə Orlov vilayətində anadan olub, “Maliyyə və kredit” ixtisası üzrə Orlov dövlət texniki universitetini bitirib. “Maliyyə, pul dövriyyəsi və kredit” ixtisası üzrə iqtisad elmləri namizədidir.
Strateji Təşəbbüslər Agentliyi və bir sıra dövlət orqanlarının ictimai şuraları çərçivəsində ictimai fəaliyyətlə məşğuldur.