Azərbaycanda fəaliyyət göstərən 32 bankın 2017-ci il martın 1-dək cəmi aktivləri 30,419.2 milyon manat, cəmi öhdəlikləri isə 27,772.7 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, bu il fevralın 1-dək bankların cəmi aktivləri 32,407.1 milyon manat, cəmi öhdəlikləri 30,347.5 milyon manat olub.
Bank sektorun balans kapitalı fevralda 2,646.6 milyon manata çatıb. Əhalinin əmanətləri 7,084.3 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 662 nəfər təşkil edir.
2017-ci ilin 28 fevral tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.