Bu gün Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu daha da ucuzlaşdırıb. Fins.az xəbər verir ki, hazırda dolların ən aşağı alış kursu 1.7050 manat, ən aşağı satış məzənnəsi isə 1.7150 manatdır.
Belə ki, dünən axşam saatları ilə müqayisədə "Atabank" dolların alış və satış kursunu 1 qəpik ucuzlaşdırıb: alış - 1.7000 manatdan 1.6900 manatadək, satış - 1.7400 manatdan 1.7300 manatadək.
"Caspian Development Bank" isə dolların alış kursunu eyni 1 qəpik ucuzlaşdırıb, satışını isə 1,5 qəpik: alış - 1.6900 manatdan 1.6800 manatadək, satış - 1.7500 manatdan 1.7350 manatadək.
"Amrahbank" və "Yapı Kredi Bank Azərbaycan" isə yalnız dolların alış məzənnəsini 1 qəpik ucuzlaşdırıb: 1.6900 manatdan 1.6800 manatdək.