Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı azalıb. Fins.az xəbər verir ki, bu il martın 1-dək bank filiallarının sayı 569-dan 563-ə enib.
Bank şöbələrinin sayı isə artaraq 135-ə çatıb. 2017-ci ilin yanvarında isə bu rəqəm 132 olub.
Fevralda banklara məxsus bankomatlarının sayı da azalıb. Əgər yanvarda onların sayı 2 468 idsə, fevralda bu rəqəm 2 462 təşkil edib. bank filiallarının azalması bu sektorda işçi heyətini sayını da azaldıb. Belə ki, fevralda onların sayı 16 662 nəfər, yanvarda isə 16 928 nəfər olub.