30 Oktyabr

Banklardakı depozitlərin həcmi azaldı – RƏQƏMLƏR

2017-ci ilin fevral ayında Azərbaycanda fəaliyyət göstərən banklarda depozilərin həcmi azalıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının icmalına əsasən xəbər verir ki, martın 1-dək banklarda olan depozitlərin ümumi məbləği 16.212 milyon manat təşkil edib. Bu ilin fevralın 1-dək isə bu rəqəm 17.301,6 milyon manat olub.

Fevralda banklara etibar edilən fiziki şəxslərin depozitlərinin həcmi də azalaraq 7.084,3 milyon manata düşüb. Bunun 5.508,9 milyon manatı müddətli, 1.575,4 milyon manatı isə tələbli depozitlərin payına düşür.

Fevral ayında hüquqi şəxslərin depozitləri də əhəmiyyətli dərəcədə azalaraq 9.127,7 milyon manata çatıb. Qeyd edək ki, mərkəzi idarəetmə və bələdiyyə orqanlarının depozitləri buraya daxil edilməyib.

Hüquqi şəxslərin depozitlərinin 4.286,8 milyon manatı müddətli, 4.840,9 milyon manatı isə tələblidir.

Hesabat dövründə maliyyə institutlarının depozitləri isə 3.922,8 milyon manat olub.