30 Oktyabr

Hərrac öncəsi “qara bazar”da dollar sürətlə düşür

Valyuta hərracı öncəsi “qara bazar”da dollar sürətlə ucuzlaşmağa başlayıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.6700 manata, satışı isə 1.6900 manata düşüb. Bu isə son iki gündə manatın 2,3 %-dək bahalaşması deməkdir.
“Qara bazarda” bu məzənnə sonuncu dəfə mart ayının əvvəlində qeydə alınmışdı. “Dollar alverçiləri” bildiribl'r ki, bu gün keçiriləcək növbəti valyuta hərracında dolların yenidən ucuzlaşacağı gözlənilir. Bu da ABŞ valyutasının hazırki fərdi satış məzənnəsinə təsir edib.
Qeyd edək ki, ötən gün “qara bazar”da dollar 1.6800 manata alınıb, 1.7000 manata satılırdı.