30 Oktyabr

"Rabitəbank"ın rəhbərliyində yeni – TƏYİNAT

Rafael Qasımov "Rabitəbank"ın İdarə heyəti sədrinin müavini təyin edilib.

R.Qasımov peşəkar karyerasına 1992-ci ildə "Bank Respublika"da başlayıb. 1995-ci ilin avqustundan 2017-ci ilin fevralınadək bu bankda İdarə heyəti sədrinin müavini olub. Onun kurasiyasında kreditlərlə və problemli kreditlərlə iş olub.

Hazırda "Rabitəbank"ın İdarə heyətinə daha iki nəfər daxildir: sədr Elçin Qədimov və onun müavini Elşən Bədirxanov.

Qeyd edək ki, "Rabitəbank" 1993-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Bankın 23 filialı və bir bölməsi var.

© Trend