30 Oktyabr

“Azərpoçt” dolları limitlə almağa başladı

“Azərpoçt” Dolların alışına məhdudiyyət tətbiq edib.

Bu gün səhər dollar satmaq üçün “Azərpoçt” filiallarına yaxınlaşanlara “ABŞ valyutasını 200 dollar limitlə alırıq” cavabı verilib.

Qeyd edək ki, “Azərpoçt” dolları 1.68 manatdan alır. Bu digər banklar ilə müqayisədə az da olsa yüksək məzənnədir.

Xəbər verdiyimiz kimi, dünən “Xalq Bank” Dollar almaqdan imtina edib.

© Marja