Bu gün axşam saatlarında respublikanın iri kommersiya banklarından biri dolların alış kursunu 1.6100 manatadək ucuzlaşdırıb. Fins.az xəbər verir ki, söhbət "Bank Respublika"dan gedir.
Səhər saatlarında bu rəqəm 1.6500 manata bərabər idi. İnsayderlərin dediyinə görə, alış kursunun bu qədər ucuzlaşması, bankların dollar bolluğunda olması ilə bağlıdır. .
Qeyd edək ki, bankda dolların satış məzənnəsi 1.7000 manata bərabərdir.