Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktub yazaraq nağdsız hesablaşmaların artırılması ilə bağlı işləri intensivləşdirmək tövsiyə olunub. Eyni zamanda "Nağdsız Hesablaşmalar haqqında " qanunda nəzərdə tutulmayan 3 normanı da müəyyən edib. Hüquqşünas Əkrəm Həsənov həmin normaları şərh edib.
Fins.az ekspertin şərhini təqdim edir:
1. Qanunun 3.4-cü maddəsində yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmaların növləri (kreditlərin, sığorta haqlarının, kommunal xərclərin ödənilməsi və s.) sadalanır. Palata deyir ki, təyinatı bu hesablaşmalar olan bank hesablarından pulun çıxarılmasına yol verilməməlidir. Yəni, belə çıxır ki, banklar buna yol verməməlidir. Banklar müştərisinin vəsaiti hansı məqsədlə nağdlaşdırmasını hardan bilməlidir? Soruşsa belə, müştəri fərqli məqsəd də deyib pulu nağdlaşdıra bilər. Əslində, bankların üzərinə bu vəzifənin qoyulması əlavə yükdür. Mütləq nağdsız qaydada ödəniş üzrə vəzifə sırf onu həyata keçirənin üzərində olmalıdır.
2. Qanunun 3.4.7-ci maddəsinə əsasən, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada ola bilər. Çox yaxşı normadır: müəyyən mənada dövlət satınalmalarının artıq atributuna çevrilmiş “otkat”larla mübarizədir. Amma Palata bu vəsaitlərin də nağdlaşdırılmasına imkan verməmək vəzifəsini bankların üzərinə qoyur. Yəni, banklar müştərisinin hesabındakı hansı vəsaitin məhz dövlət satınalması üzrə mədaxil olmasına nəzarət etməli və onun nağd məxaricinə mane olmalıdır. Praktiki cəhətdən bunu etmək çox çətin olacaq və banklar yenə də lüzumsuz yüklənir.
3. Məktubun ən qanunsuz ifadəsi isə Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən aylıq nağd xərc limiti (15000 və ya 30000 manat) ilə bağlıdır. Dövlət satınalmaları məsələsinə toxunarkən Palata yazır: “Bu halda, nağd çıxarılmaya imkan verən “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş 30.000 və ya 15.000 AZN məbləğində limit tətbiq edilmir”. Yəni ilk baxışdan guya Palata sırf dövlət satınalmaları üzrə vəsaitlərin xərclənməsindən bəhs edir. Amma dolayısı ilə Qanunun 3.3-cü maddəsinə şərh verir və iddia edir ki, guya həmin maddədə nağdlaşdırma limiti müəyyən edilib. Əslində isə həmin maddədəki limit, dəfələrlə dediyim kimi, vergi ödəyicisinin nağd xərclərinə aiddir. Ay ərzində istənilən məbləğ nağdlaşdırıla bilər, sadəcə xərclənməsi zamanı limitə riayət etmək lazımdır. Palata isə qeyri-rəsmi olaraq artıq xeyli müddətdir banklar tərəfindən tətbiq edilən nağdlaşdırma məhdudiyyətinə hüquqi don geyindirməyə çalışır.

Ə.Həsənov hesab edir ki, bütün bunlar ən azı 2 məqamdan xəbər verir:
1) bank sisteminin vəziyyəti bildiyimizdən də ağırdır: banklarda pul saxlamaq üçün qanunsuz yollara belə əl atılır;
2) manatın məzənnəsini süni bahalaşdırmaq üçün pul bazasının sıxılması dövlət qurumları üçün də ciddi problemə çevrilib.
Məlum olduğu kimi, nağdlaşdırmaya görə 1%-lik vergi də tutulur. Amma buna baxmayaraq vergi ödəyiciləri yenə də pullarını banklardan çıxarır. Hüquqşünas bunu bank sisteminə etimadın sarsılması ilə iah edib:
"Bu da gözlənilən idi: nəinki mövcud banklar əmanətləri qaytarmır, digər öhdəliklərini icra etmir, həmçinin Palata da müflis banklarda şəffaf və ədalətli ləğvetmə prosesini təmin etmir. Belə sistemə kim etibar edər?"