Bu gün ölkənin bir neçə bankı dolların alış-satış qiymətini bdaha da ucuzlaşdırıb. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən ucuz alış məzənnəsi 1.6100 manat, satış məzənnəsi isə 1.7000 manatdır.
Dünən axşam saatları ilə müqayisədə:
"Caspian Development Bank" dolların alışını və satışını 1 qəpik ucuzlaşdırıb: alışı - 1.6600 manatdan 1.6500 manatadək, satışı - 1.7350 manatdan 1.7250 manatadək.
"Amrahbank" səhər saat 9:40 üçün yalnız dolların satış qiymətini 1 qəpik ucuzlaşdırıb: 1.7000 manatdan 1.6900 manatadək.
"Bank Silk Vey" həmçinin yalnız satış qiymətini 1 qəpik ucuzlaşdırıb: 1.7140 manatdan 1.7040 manatadək.
"Bank Avrasiya" isə dolların alış məzənnəsini 1 qəpik ucuzlaşdrıb: 1.6600 manatdan 1.6500 manatadək.