30 Oktyabr

Oqtay Əsədov: "Bankların müflisləşməsinin qarşısı alınmalıdır"

"Azərbaycanda zərərlə işləyən banklar mütləq sağlamlaşdırılmalıdır". Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oktay Əsədov bugünkü plenar iclasda bildirib.

"Bu gün bəzi qəbul olunan qanunların məqsədi bankların sağlamlaşdırılmasıdır. Bankların doğrudan da buna ehtiyacı var. Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır: 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat. Buna görə, bu bankları sağlamlaşdırmaq lazımdır. Ona görə "körpü bank" və bu qanunlar lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlər vermək lazımdır ki, bankların piramida kimi müflisləşməsinin qarşısı alınsın", - deyə O.Əsədov vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında" qanunlara dəyişikliklər edilib.