30 Oktyabr

“Bloomberg”də dollardan kəskin eniş başladı

Banklar və “qara bazar”la yanaşı, “Bloomberg” terminalında da dollar dəyər itirməkdə davam edir. Fins.az xəbər verir ki, banklar arasında dollar aprel ayının 11-də günə 1.6582 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların 0,71% ucuzlaması deməkdir.

Dollar terminal üzərində ötən günü 1.6700 manat kursu ilə yekunlaşdırmışdı. Qeyd edək ki, terminal üzərində dollar ilin əvvəlində etibarən ilk dəfə 1.6500 məzənnəsi ilə ticarət edilib.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.