Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il mart ayının 1-nə 7 milyard 101,8 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumatına görə, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 645,4 milyon manat və ya 8,33% azalıb. Azalmanın əsas səbəbi dolların məzənnəsinin aşağı düşməsi amili ilə əlaqələndirilir. Belə ki, əmanətlərin 81 faizi dollarda yerləşdirilib.
Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 975,5 milyon manat və ya 12,08% azalıb.