Bu gün Mərkəzi Bank həftənin ilk valyuta hərracını keçirəcək. Bu dəfə də hərraca çıxarılacaq məbləğ dəyişməyib.
Fins.az xəbər verir ki, Dövlət Neft Fondu bu gün hərraca 35 milyon dollar çıxaracaq.
Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb. Ucuzlaşmaya rəğmən həmin gün banklar cəmi 7 milyon 300 min dollar alıb. Hərraca çıxarılan valyutanın təxminə 4/5-ü satılmayıb.
Analitiklər bu gün də hərracda valyutanın tam satılmayacağını və dolların bir qədər də ucuzlaşağını proqnoz edirlər.