Azərbaycandakı kommersiya banklarının Mərkəzi Bank qarşısındakı öhdəlikləri 6,58% azalıb. Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci il martın 1-nə öhdəliklərin ümumi həcmi 6 383,9 milyon manat təşkil edib.
Bu il fevralın 1-nə olan göstərici ilə müqayisədə bankların öhdəlikləri 449,4 milyon manat azalıb. 2016- ilin ilk iki ayı ilə müqayisədə isə 41,4 milyon manat və ya 0,64% azalma mü.ahidə edilir.
Qeyd edək ki, bankların Mərkəzi Bnak qarşısındakı öhdəliklərinin azalması dolların məzənnəsinin düşməsi ilə bağlıdır.