Mart ayının 1-nə dövriyyədə 6 milyard 534,3 milyon manat nağd pullar olub. Bu məbləğ Fevral ayının əvvəli ilə müqayisədə cüzi azdır. Fevral ayının əvəlində dövriyyədə 6 milyard 541 milyon manat nağd pullar olmuşdu.
Fevralda pul bazası 8 milyard 731,9 min manatdan 8 milyard 336,4 min manata geriləyib. Əsas səbəb müxbir hesablarda olan vəsaitlərin 2 milyard 174,3 min manatdan 1 milyard 773,7 milyon manata geriləməsidir.
Məcburi ehtiyatlar isə cüzi artaraq 148,9 milyon manat təşkil edib.
Pul bazası dedikdə - pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
