30 Oktyabr

Bank hərrac ərəfəsində dolları daha da ucuzlaşdırdı

"Günaybank" dolların satış məzənnəsini daha da ucuzlaşdırıb. Fins.az xəbər verir ki, bu gün səhər saatlarında dolların satış məzənnəsi bankda 1.6550 manata idi.
Hərrac ərəfəsində isə "Günaybank" ABŞ valyutasını bir qədər də ucuzlaşdırıb - 0.7 qəpik. Hazırda bank dolları 1.6480 manata satır.
Qeyd edək ki, bu Azərbaycan kommersiya bankları arasında bu günə olan ən sərfəli satış məzənnəsidir.