Mart ayının əvvəlinə banklarda fiziki şəxslərin cəmi 7 milyard 101,8 milyon manat əmanəti olub.
Əmanətlərin 20,6%-i və ya 1 milyard 463 milyon manatı milli valyutada, 73,4%-i xarici valyutada olub. Fevralın əvvəlində bu nisbət müvafiq olaraq 18,8% və 81,2% idi.
Fevralda xarici valyutada olan əmanətlər manat ilə ifadədə 656,4 milyon manat azalıb, milli valyutada olan əmanətlər isə 11 milyon manat artıb. Xarici valyutada olan əmanətlərin azalmasının səbəblərindən biri Dolların Manat qarşısında ucuzlaşmasıdır.
© Marja