30 Oktyabr

Hərracdan sonra banklarda – 4 QƏPİK UCUZLAŞMA

Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişikliklər edib. Fins.az-ın araşdırmasına görə, səhər saatlarında olduğu kimi, indi də banklarda dolların məzənməsində ikili tendensiya baş verib.
Belə ki, "Amrahbank" dolların həm alışını, həm də satışını ucuzlaşdırıb. İndi bu bank ABŞ valyutasını 1.6100 manata alır. Səhər isə 1.6300 manata alırdı. Dolların satışı isə 1 qəpik ucuzlaşaraq 1.6650 manata edib.
İran Milli Bankının Bakı filialı da məzənnələri ucuzlaşdırıb. Bankda dolların alışı 2 qəpik enərək 1.6200 manata çatıb. Satış isə 4 qəpik ucuzlaşıb - 1.7100 manatdan 1.6700 manatadək.
"Nikoil Bank"da ABŞ valyutasının alışı 2 qəpik, satışını 0.5 qəpik ucuzlaşıb. İndi bu bankda dolların alışı 1.6200 manat, satışı isə 1.7050 manatdır.
Bundan başqa "AFB Bank" dolların alış məzənnəsini 3 qəpik ucuzlaşdırıb. Səhər ABŞ valyutasını 1.6300 manata satan bank indi 1.6000 manata satır.
"Bank Avrasiya" isə əksinə, dolların alışını bahalaşdırıb. Səhər valyutanı 1.6400 manata alan bank indi 1.6450 manata alır.