2017-ci ildə yanvar ayı ilə müqayisədə fevralda iqtisadiyyata yatırılan kreditlərin həcmi azalıb. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə 15 878,6 milyon manat kredit verilib. Bunun təxminən 10%-i və ya 1 556,4 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşür.
Bu ilin yanvar ayında cəmi kreditlərin həcmi 16 705,2 milyon manat, 2016-cı ilin fevralında isə 20 327,4 milyon manat olub.
Kreditlərin 4 311,5 milyon manatı dövlət bankları, 11 112,7 milyon manatı isə özəl bankların payına düşüb. iqtisadiyyata yönəldilən kredit vəsaitlərinin 454,4 milyon manatı isə qeyri-bank kredit təşkilatları tərəfindən verilib.
Kreditlərin əsas sahələr üzrə bölgüsü isə belə olub:
Ev təsərrüfatlarına - 5 528,6 milyon manat
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) - 1696,1 milyon manat
Ticarət və xidmət sektoruna - 2 313,4 milyon manat
Energetika, kimya və təbii ehtiyatlar sektoru - 416,1 milyon manat
Kənd təsərrüfatı və emal - 449,3 milyon manat
İnşaat və əmlak - 1910,8 milyon manat
Sənaye və istehsal sektoru - 1 256,9 milyon manat
Nəqliyyat və rabitə - 1269,7 milyon manat
Kreditlərin ümumi həcminin azalması bütün sahələrə yönələn vəsaitlərin məbləği də azalıb.