“Bloomberg” terminalında da dollar dəyər itirməkdə davam edir. Fins.az xəbər verir ki, banklar arasında dollar aprel ayının 12-da günə 1.6638 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların 0,07 % ucuzlaması deməkdir. Dollar terminal üzərində ötən günü 1.6650 manat kursu ilə yekunlaşdırmışdı.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.