"Kapital Bank"dan "Bank of Baku"nun rəhbərliyinə yeni transfer baş tutub. Fins.az xəbər verir ki, Əli İbrahimov bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Ə.İbrahimov Bakı Dövlət Universiteti (bakalavr) və İstanbul Universitetinin (magistr) məzunu, CFA1 dərəcəsinə sahibdir, bank sektorunda 12 illik iş təcrübəsi var.
Beləliklə, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatıb ki, onlardan 3-ü müavin, ikisi isə sahə direktorudur. İdarə Heyəti sədrinin müavini Eldar Həmidov müvəqqəti olaraq sədr vəzifəsini icra edir.
[#gallery#]