30 Oktyabr

Banklarda dollar daha da bahalaşdı – SİYAHI

Bu gün səhər saatlarından başlayaraq banklar dolların alış və satışını bahalaşdırmağa davam edirlər. Fins.az-ın araşdırmasına görə, buna banklarda valyuta alışına olan böyük tələb səbəb olub. Yəni, dollar nə qədər çox satılsa, banklar məzənnəni bir o qədər çox qaldırırlar.
"Günaybank"da hazırda dolların alış qiyməti 1.6550 manatdır. Səhər isə 1.6400 manat idi. Bu göstərici həm də dolların ən sərfəli alış qiymətidir. Bank valyuta satışını da bahalaşıb: 1.6650 manatdan 1.6800 manatadək.
Lakin bu ən böyük bahalaşma deyil. Belə ki, "Bank Silk Vey" dolların alış qiymətini 4 qəpik bahalaşdırıb: 1.6100 manatdan 1.6500 manatadək.
"Bank BTB" dollar alışını 3 qəpik bahalaşdırıb: 1.6100 manatdan 1.6400 manatadək.
"Unibank" da valyuta alışını 2,5 qəpik bahalaşdırıb: 1.6300 manatdan 1.6550 manatadək. Bu bankda ABŞ valyutasının satış qiyməti də artıb: 1.7050 manatdan 1.7100 manatadək.
"NBC Bank", "Nikoil Bank", "Turanbank" və "Atabank" dolların alış qiymətini 2 qəpik artırıblar.
"Yapı Kredi Bank Azərbaycan" həmçinin, alış-satış qiymətini bahalaşdırıb. İndi bu bankda dolların alışı 1.6300 manatdan 1.6400 manata, satışı isə 1.6750 manatdab 1.6800 manata qalxıb. Bu bankın satış məzənnəsi hazırda ən sərfəli hesab olunur.
"Bank Respublika"ya gəlincə, bu bankda alış məzənnəsinin hər saat dəyişildiyi müşahidə olunur. Belə ki, səhər saatlarında bank dolları 1.6200 manata alırdı, daha sonra 1.6500 manata qaldırdı. Lakin çox keçmədi ki, qiymət 1.6300 manata, indi isə 1.6100 manata enib.