30 Oktyabr

“Bloomberg”də dollar sürətlə bahalaşır – SON DƏQİQƏ

Aprel ayının 13-də “Bloomberg” terminalında dollar sürətlə bahalaşmağa başlayıb. Fins.az xəbər verir ki, banklar arasında dollar günə 1.6813 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların 0,98 % bahalaşması deməkdir. Dollar terminal üzərində ötən günü 1.6650 manat kursu ilə yekunlaşdırmışdı.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.