Hərrac öncəsi “qara bazar”da dollar kəskin bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.62 manatdan 1.65 manata, satışı isə 1.64 manatdan 1.67 manata kimi yüksəlib. Bu isə bir gündə dolların 1,8% bahalaşması deməkdir.
“Qara bazar”dan bildirilib ki, dolların gözlənilmədən bahalaşması ABŞ valyutasına tələbatın artması olub:“Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur. Dollara tələb artdığı üçün kursu artırmışıq”.
Banklarda isə dolların alqı-satqısı hazırda 1.61-1.72 manat arasında dəyişir. Xatılrdaq ki, bu gün növbəti valyuta hərracı baş tutacaq.