30 Oktyabr

“Nikoil Bank” mənfəətlə işləməyə başlayıb - HESABAT

2016-cı ildə böyük məbləğdə zərər açıqlamış “Nikoil Bank” ASC 2017-ci ilin 1-ci rübünü 227,41 min manat xalis mənfəət ilə başa vurub.

"Fins.az" xəbər verir ki, Bank, yanvar-mart aylarında faiz gəlirləri üzrə 17 milyon 174 min manat gəlir əldə etsə də, qeyri-faiz əməliyyatları üzrə 772,82 min manat zərər edib.

Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 501 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 6 milyon 273 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Nəticədə Bank ilk rübü 227,41 min manat xalis mənfəət ilə başa vurub.