30 Oktyabr

Dollar ucuzlaşdı- VALYUTA HƏRRACI

Bu gün Mərkəzi Bankı Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirib. Fins.az xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1.7026 səviyyəsində formalaşıb.

Xatırladaq ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7029 olub. Artıq 4-cü hərracdır ki, manat dollara qarşı mövqeyini möhkəmləndirir.

Bu dəfə də hərraca Dövlət Neft Fondu 35 milyon dollar çıxarıb.