Mərkəzi Bank aprelin 14-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib. Fins.az xəbər verir ki, 250 milyon manat cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Xatırladaq ki, aprelin 10-da keçirilən son depozit hərracında 200 milyon manat cəlb etməyi hədəfləmişdi. Ancaq həmin gün depozitlərə tələb 353,5 milyon manat olub.