Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişiklik edib. Fins.az-ın araşdırmasına görə, bir çox bank hərracda ucuzlaşmasına baxmayaraq, dolları daha da bahalaşdırıb.
Belə ki, səhər saatları ilə müqayisədə “VTB Bank Azərbaycan” dolların alış məzənnəsini 1 qəpik bahalaşdırıb. İndi bank ABŞ valyutasını 1.6400 manata alır. Satışı isə 1.7080 manatdan 1.7120 manatadək qalxıb.
“Nikoil Bank”da dolların alışı 1.6650 manatdan 1.6800 manatadək, satışı isə 1.7200 manatdan 1.7300 manatadək bahalaşıb.
“Bank Avrasiya” və “Unibank” ABŞ dollarının yalnız alış qiymətini bahalaşdırıb. “Bank Avrasiya”da qiymət artımı 1.5 qəpik, "Unibank"da isə 2,5 qəpik olub. İndi bu bankda ABŞ valyutası 1.6800 manata alınır. “Bank Avrasiya”da isə alış 1.6700 manatdan 1.6850 manata qalxıb.
“Dəmirbank”, “Turanbank”, “Yapı Kredi Bank Azərbaycan” və “Ziraat Bank Azərbaycan” isə yalnız dolların satış məzənnəsinə dəyişiklik edib:
“Dəmirbank” 2 qəpik bahalaşdırıb – 1.6900 manatdan 1.7100 manatadək;
“Turanbank” 1 qəpik bahalaşdırıb – 1.7000 manatdan 1.7100 manatadək;
“Ziraat Bank Azərbaycan” 0,50 qəpik bahalaşdırıb – 1.7050 manatdan 1.7100 manatadək;
“Yapı Kredi Bank Azərbaycan” isə 0.7 qəpik ucuzlaşdırıb – 1.7050 manatdan 1.6980 manatadək.