30 Oktyabr

Dollarla olan depozitlər azaldı - HESABAT

Bu ilin ilk fevralında banklarda olan depozitlərin həcmi 1 453,5 milyon manat azalıb. Azalma həm manatla, həmdə xarici valyutada olan depozitlərdə müşahidə edilir.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay depozitlərin ümumi həcmi 21 761,5 milyon manat olub. 2017-ci lin yanvarında isə bu rəqəm 23 215,0 milyon manat olub. Ancaq bu göstərici 2016-cı ilin yanvarı ilə müqayisədə artıb. Həmin vaxt banklardakı depozitlərin ümumi həcmi 22 576,5 milyon manat olub.
Bu ilin fevralında əhalinin banklarda manatla olan tələbli depozitlərinin məbləği 2 284,6 milyon manata, müddətli depozitləri isə 2 800,4 manata enib.
Xarici valyutada olan depozitlərin həcmi də azalıb. Belə ki, fevralda banklardakı dollarda olan tələbli depozitlər manatla ifadədə 5 444,1 manat olub. Müddətli depozitlər isə 11 232,4 milyon manat təşkil edib. Xarici valyuta olan depozitlərin həcmində müvafiq olaraq 123,9 milyon manat və 1 251,1 milyon manat azalma baş verib.