“Rabitəbank” səhmdarlarının ümumi yığıncağını keçirəcək. Fins.az xəbər verir ki, yığıncaqda bankın 2016-cı maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, bankın audit komitəsinin hesabatının təsdiqi və digər məsələlər müzakirə ediləcək. Yığıncaq iyun ayının 2-də 17.00-da (Bakı, 28 May küçəsi 33, inzibati bina) baş tutacaq.