30 Oktyabr

Tələbat “qara bazar”da dolları sürətlə bahalaşdırır

Son iki gündə “qara bazar”da dollar sürətlə dəyən qazanmaqda davam edir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 14-də səhər saatlarında dolların alışı 1.65 manatdan 1.68 manata, satışı isə 1.67 manatdan 1.69 manata qədər yüksəlib.
Bu isə 2 gündə dolların 3,7%-dək bahalaşması deməkdir.
“Qara bazar”dan verilən məlumatda dolların bahalaşması dollara tələbatın artması ilə əlaqələndirilir: “Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur. Dollara tələb artdığı üçün kursu artırmışıq”.

Banklarda isə dolların kursu hazırda 1.6180-1.7300 manat arasında dəyişir.