30 Oktyabr

Banklar arasında dollar kəskin bahalaşıb

Bloomberg” terminalında dollar bahalaşmaqda davam edir. Fins.az xəbər verir ki, banklar arasında dollar günə 1.6888 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manatı qarşısında 1,43 % dəyər qazanması deməkdir. Qeyd edək ki, dollar terminal üzərində ötən günü 1.6650 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.