30 Oktyabr

Banklarda dolların alışı bahalaşdı – SİYAHI

Bu gün Azərbaycan kommersiya bankları ABŞ valyutasında yenidən dəyişikliklər edib. Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6850 manat, ən sərfəli satışı isə 1.7000 manata bərabərdir.
Belə ki, bankların bir çoxu dolların alış qiymətini bir qədər də bahalaşdırıb. Məsələn, "Bank BTB" dünən axşam dolları 1.6400 manata alırdı, indi isə alış qiyməti 4 qəpik bahalaşaraq 1.6800 manata çatıb. Lakin bu bankda dolların satış qiyməti əksinə ucuzlaşıb: 1.7150 manatdan 1.7100 manatadək.
"Amrahbank", "Yapı Kredi Bank Azərbaycan" və "Atabank" da dolların alış qiymətini bahalaşdırıblar.
"Amrahbank" - 1.6650 manatdan 1.6700 manatadək;
"Yapı Kredi Bank Azərbaycan" - 1.6600 manatdan 1.6700 manatadək;
"Atabank" - 1.6550 manatdan 1.6600 manatadək.
Lakin banklar arasında dolların məzənnəsini ucuzlaşdıran da var. Söhbət "Accessbank"dan gedir. Hazırda bank dolları 1.6170 manata alıb 1.7040 manata satır. Ötən gün isə bu göstəricilər müvafiq olaraq 1.6180 və 1.7050 manata bərabər idi.