30 Oktyabr

Bank limiti 6 dəfə artırdı

Bu gün Azərbaycanın kommersiya banklarından biri dolların və avronun satış limitini artırıb. Fins.az xəbər verir ki, söhbət "Bank VTB (Azərbaycan)"dan gedir.
Bir müddətdir ki, bu bank bir müştəriyə yalnız 500 dollar satırdı. İndi isə bu məbləğ 3 min dollara qaldırılıb.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)"da dolların satış məzənnəsi 1.7120 manata bərabərdir.