30 Oktyabr

Bu kartların sayı sürətlə artır

Bankların debet kartları artır, kredit kartları azalır.

Mart ayının əvvəlinə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 429 min ədədə çatıb ki, bu da Fevral ayının sonu ilə müqayisədə 86 min ədəd çoxdur.

Cəmi ödəniş kartlarının sayının artmasına əməkhaqqı, sosial və digər debet kartların satyının artması təsir göstərib.

Fevral ayında əməkhaqqı kartlarının sayı 52 min ədəd artaraq 1 milyon 586 min ədədə, sosial kartların sayı 11 min ədəd artaraq 2 milyon 545 min ədədə, digər debet kartların sayı isə 28 min ədəd artaraq 672 min ədəd çatıb. Fevral ayında kredit kartlarının sayı 3 min ədəd azalaraq 626 min ədədə geriləyib. Əlavə edək ki, kredit kartlarının sayı 2015-ci ilin Yanvar ayında 1 milyon 322 ədədə çıxmışdı.

Qeyd edək ki, banklar əmək haqqı kartı layihələri ilə aktivləşiblər və müəssisələri özlərinə cəlb etmək üçün bir-birindən fərqli təkliflər ilə çıxış edirlər.

© Marja