Ötən həftəki bahalaşmadan sonra “qara bazar”da dollar ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 17-də səhər saatlarında dolların alışı 1.68 manatdan 1.66 manata, satışı isə 1.69 manatdan 1.67 manata qədər düşüb.
Başqa sözlə dollar manat qarşısında 1,2%-dək ucuzlaşıb.