Ötən həftə nisbi bahalaşmadan sonra dollar bu gün yenidən ucuzlaşıb. Fins.az-ın məlumatına görə, ucuzlaşma digər valyuta bazarları ilə yanaşı, banklararası ticarətdə də özünü göstərib. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında banklar arasında dollar günə 1.6788 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların manatı qarşısında 0,07 % dəyər itirməsi deməkdir. Qeyd edək ki, aprel ayının 14-də dollar terminal üzərində günü 1.6650 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.