30 Oktyabr

“PAŞA Bank” bu ilin birinci rübünü mənfəətlə başa vurub – HESABAT

“PAŞA Bank” ASC 2017-ci ilin 1-ci rübünü 23 milyon 946 min manat xalis mənfəət ilə başa vurub.

“Marja” xəbər verir ki, bu ilin yanvar – mart aylarında Bankın faiz gəlirləri 42 milyon 743 manat, qeyri-faiz gəlirləri 18 milyon 732 min manat təşkil edib. Bank gəlirinin 13 milyon 327 min manatını faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata ayırıb.

Qeyd edək ki, PAŞA Bank 2016-cı ilin birinci rübünü 36 milyon 904 min manat xalis mənfəət ilə başa vurmuşdu.

AKTİVLƏRİ ARTIB

PAŞA Bank 31 Mart 2017-ci il tarixində 3 milyard 264 milyon 320 min manat cəmi aktivlərə, 2 milyard 837 milyon 985 min manat cəmi öhdəliklərə, 426 milyon 335 min manat cəmi kapitala malik olub. PAŞA Bank 2016-cı ilin sonunda 3 milyard 138 milyon 803 min manat cəmi aktivlərə, 2 milyard 736 milyon 408 min manat cəmi öhdəliklərə və 402 milyon 395 min manat cəmi kapitala malik idi.