Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az xəbər verir ki, bu dəfə hərracda depozitlərə tələb təklifdən təxminən 2 dəfə artıq olub.
Belə ki, vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 298 milyon manat olub. Halbuki, Mərkəzi Bank hərracda 150 milyon manat vəsait cəlb etməyi nəzərdə tuturdu.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,96% təşkil edib.