30 Oktyabr

“United Credit Bank”ın əmanətçilərinə kompensasiyanın ödəniləcəyi tarix – AÇIQLANDI

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvetmə prosesində olan “United Credit Bank” ASC-in qorunan əmanətlərə görə kompensasiya ödənişinə aprelin 19-da başlayacaq.

Fonddan Fins.az-a verilən məlumata görə, bununla bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Bankda sığorta hadisəsinin baş verdiyi gün 2 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq. Ə

manətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti, 16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.