Aprel ayının 18-də banklar arasında dollar nisbi bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6812 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların manatı qarşısında 0,22 % dəyər qazanması deməkdir. Qeyd edək ki, aprel ayının 17-də dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.