30 Oktyabr

"Royalbank"ın ləğvetmə prosesi uzadılmayacaq" – ADİF

"Royalbank" ASC-nin ləğvetmə prosesini uzatmaq fikrimiz yoxdur". Fins.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Royalbank"ın ləğvetmə prosesinə 2012-ci ildən başlanılıb: "Əgər ləğvetmə prosesində olan bankın faiz gəlirlərinin yarısı belə onun xərclərini ödəmirsə, biz onun aktivlərini digər banklara satacağıq".