30 Oktyabr

"CDB BANK" "AtaBank"la birləşdi – RƏSMİ AÇIQLAMA

“ATABANK” və “CASPİAN DEVELOPMENT (CDB) BANK” ASC-lərin səhmdarlarının Ümumi Yığıncaqlarının qərarlarına əsasən, “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC ləğv edilərək “ATABANK” ASC-yə birləşdirilib.

"ATABANK"dan Fins.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Məlumat üçün bildirək ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, “ATABANK” və “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.